İsrail İranın 6 hava limanına hücum edib FOTO / VİDEO
Bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verir

İranda 6 hava limanına hücum edilib, 15 qırıcı və vertolyotu məhv edib.
VİDEO
İsrail ordusu ölkənin hava məkanına nəzarəti gücləndirmək səyləri çərçivəsində İran boyu altı hava limanına hava zərbələri endirib. İslam Respublikasının qərb, şərq və mərkəzi bölgələrinə endirilən zərbələr nəticəsində 15 döyüş təyyarəsi (F-14, F-5) və helikopter (AH-1) məhv edilib. Bundan əlavə, uçuş-enmə zolaqları və bir yanacaqdolduran təyyarəsi zədələnib.
"Məhv edilmiş təyyarələr İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə qarşı istifadə olunmaq və onların İran ərazisinə hücumunun qarşısını almaq üçün nəzərdə tutulub", - İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.