İsrail ordusu Əl-Şəfa xəstəxanasında əməliyyata başladı
İsrail xəstəxanada HƏMAS-çıların gizləndiyini deyir

İsrail ordusu Qəzza zolağının ən böyük xəstəxanası olan Əl Şəfa ərazisində əməliyyata başlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Kəşfiyyat məlumatlarına və əməliyyat zərurətinə əsaslanaraq, İsrail ordusu Əl-Şəfa xəstəxanası ərazisində HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat keçirir”, - məlumatda bildirilir.
Qeyd olunur ki, xəstəxanadakı əməliyyatda iştirak edən ordu qüvvələri arasında “bu çətin və həssas mühitdə HƏMAS-ın canlı qalxan kimi istifadə etdiyi mülki şəxslərə zərər verməmək üçün” xüsusi təlim keçmiş tibbi qruplar və ərəbdilli şəxslər var.
Mətbuat xidməti yazır ki, İsrail dəfələrlə HƏMAS-ın xəstəxanadan hərbi istifadəsinin "onun beynəlxalq hüquq çərçivəsində qorunan statusunu təhlükə altına qoyduğu barədə xəbərdarlıq edib və bu qeyri-qanuni sui-istifadəni dayandırmaq üçün kifayət qədər vaxt verib".
"Biz xəstəxanada olan bütün HƏMAS terrorçularını təslim olmağa çağırırıq", - məlumatda vurğulanır.