İsrail şirkəti yeni qanadlı raketini təqdim etdi FOTO
Bu barədə "The Jerusalem Post" qəzeti xəbər verib
İsrail müdafiə şirkəti Rafael Advanced Defense Systems, 2021-2022-ci illərdə buraxılan yeni nəsil "Buzqıran" raketləri hesab edilən yeni "Super Ice" kruiz raketini təqdim edib.

Raket, təxminən 450 kq ağırlığında döyüş başlığı ilə təchiz olunub və uzun məsafələrdəki strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Şirkətin məlumatına görə, bu raket qırıcılardan, gəmilərdən və yerüstü buraxılış qurğularından buraxıla bilər və peyk naviqasiyasına müdaxilə şəraitində belə hədəfləri dəqiq vurmaq qabiliyyətinə malikdir.

"Raket etibarlı muxtar naviqasiya, ərazinin relyefini izləyərək aşağı hündürlüklərdə uçuş, bütün hava şəraitində işləmək və müxtəlif hədəfləri yüksək dəqiqliklə vurmaq da daxil olmaqla inkişaf etmiş imkanlara malikdir. Onun inkişaf etmiş elektro-optik idarəetmə sistemi yüksək dəqiqlikli görüntü uyğunlaşdırma texnologiyasından istifadə edir", - deyə Rafael qeyd edib.
1 dəqiqə