İsraildə 3 azərbaycanlı qətlə yetirilib, 14 nəfər itkin düşüb, 1 nəfər girov götürülüb.
İsrail ordusunun mətbuat xidməti oktyabrın 7-də HƏMAS və İslami Cihad yaraqlılarının İsrailin cənubuna hücumu zamanı vətəndaşları öldürülən/əsir düşən/itkin düşən ölkələrin siyahısını dərc edib.
Siyahıda göstərilən vətəndaşların sayı ilə bağlı bəzi məlumatlar bəzi ölkələrin rəsmi statistikasına uyğun gəlmir.
Xatırladaq ki, Azərbaycan XİN 7 nəfər azərbaycanəsillinin həlak olması barədə xəbər yaymışdı. Onlardan biri Azərbaycan vətəndaşı idi.