İsraildə zədələnmiş helikopter təxliyə zamanı qəzaya uğrayıb
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb FOTO
İsrail Hərbi Hava Qüvvələrinin helikopteri Yerusəlim yaxınlığında qəzaya uğrayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bildirilib ki, yanvarın 13-də çətin hava şəraiti səbəbindən təcili eniş edən “Black Hawk” helikopteri bu səhər geri götürülmə cəhdi zamanı qəzaya uğrayıb.

“Çərşənbə axşamı hava şəraiti səbəbindən helikopter açıq əraziyə eniş edib. Bu səhər helikopteri götürməyə çalışarkən qəza baş verib. Qəza zamanı xəsarət alan olmayıb”, - məlumatda qeyd edilib.
Hadisənin araşdırılması üçün İsrail Hərbi Hava Qüvvələrinin rəisi general-mayor Tomer Bar hərbi istintaq komitəsinin yaradılmasını əmr edib.
1 dəqiqədən az