İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib
Qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qarşılayıb
İtaliyanın Baş naziri Ciorcia Meloni noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.