İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şərur rayonunun Günnüt yaşayış məntəqəsi Ermənistan sərhədindən ən azı 4 kilometr aralıda yerləşir