BLOQ

İttifaq, ya düşmənçilik?!

Cavan vaxtıarımızda biz də belə qurultay görmüşdük

İttifaq, ya düşmənçilik?!
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Başa düşmürəm, niyə adı İTTİFAQ olan təşkilat yenə düşmənçiliyə meydan oldu?

    Cavan vaxtıarımızda biz də belə qurultay görmüşdük. O vaxt “Yaramaz” filmi ilə məşhurlaşan Vaqif Mustafayev ayağa qalxıb dedi ki, mənə niyə film vermirsiniz?

    Oo! Sovet hökumətinin mahir kinosiyasətçisi, rəhmətlik Rüstəm İbrahimbəyovun gur-gur guruldayan vaxtında ayağa qalxıb “Heç biriniz rejissor deyilsiniz” demək olardı?! İttifaqın sədrinə biət edənlər Vaqif müəllimi əvvəl xoşluqla, alınmayanda zorla iclasdan çıxartdılar. Sonralar buna bənzər epizodu onun bir filmdə də gördük: “Milli bomba”da kinostudiyadan sözün birbaşa mənasında süpürülüb atılan qəhrəmanı xatırlayırsınız?
    Nə isə… 30 il bundan əvvəl fatehəsi oxunmuş milli kino camesində sanki canlanma, intriqa yaradan bu hadisənin böyük mənada hər hansı bir xeyirə vəsilə olacağına inanmağım gəlmir. Necə deyərlər, ortada pul olmayandan sonra daha nə fərqi var, kim kiminlə cükküldəşir, kim kiminlə höccətləşir?

    Amma yenə də baş verənlərdə dramaturgiyaya oxşar nəsə var, hə? Heç olmasa, medianın əlinə bir neçə yağlı mövzu keçər.