XƏBƏRLƏR / Mədəniyyət

Kinematoqrafçılar İttifaqında sədr kim olacaq?

AKİ sədrliyinə iki namizəddən biri - Xalq artisti Şəfiqə Məmmədova konfransda iştirak etməyib

Kinematoqrafçılar İttifaqında sədr kim olacaq?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi üçün təşkil edilmiş konfrans keçirilib.

    AKİ sədrliyinə iki namizəddən biri - Xalq artisti Şəfiqə Məmmədova konfransda iştirak etməyib.

    İttifaqın 460 üzvü var. Legitimlik qorunsun deyə, ən azı, 230 üzv sədrin seçilməsi üçün səsvermədə iştirak etməlidir.

    Seçkidə isə mandatı olan 155 nəfər iştirak edib. 

    Yetərsay olmasa da, belə təklif edilib ki, konfransda olan mandat sahibləri səsvermə keçirsin və nəticə Ədliyyə Nazirliyinə təqdim edilsin. 

    Seçki keçirilib və səs çoxluğu ilə konfrans iştirakçıları iki namizəddən biri - AKİ İdarə Heyətinin üzvü Əli İsa Cabbarovun AKİ-yə sədrliyini dəstəkləyiblər.

    Ədliyyə Nazirliyinin seçkinin legitimliyini dəstəkləyib-dəstəkləməyəcəyi məlum deyil.