XƏBƏRLƏR / Terror

İzmir Polis İdarəsinə hücum edənin İranla əlaqəsi var

Polis bölməsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 27 nəfər saxlanılıb

İzmir Polis İdarəsinə hücum edənin İranla əlaqəsi var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İzmir Polis İdarəsinə hücum edən şəxsin İŞİD və İran vətəndaşları ilə əlaqəsi var

    Türkiyə hakimiyyəti İzmirdə polis bölməsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 27 nəfəri saxlayıb. Saxlanılanlar arasında dörd İran vətəndaşı da var. Onlardan ikisi Ankarada, biri İstanbulda, biri isə Şanlıurfada nəzarətə götürülüb. Bu barədə “TRT Haber” məlumat yayıb.

    “A Haber”in məlumatına görə, istintaq onun sosial media hesablarını araşdırıb, hücumçu paylaşımlarında İŞİD-in keçmiş liderindən sitat gətirib, həmçinin təşkilatla bağlı təbliğat aparıb. Atəş açan şəxsin atası da oğlunun son illərdə radikal fikirlər nümayiş etdirməyə başladığını təsdiqləyib.