Türkiyənin İzmir vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD məlumat yayıb.
Vilayətin Urla rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 10.3 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.