XƏBƏRLƏR / Dünya

Kanadada G7 sammiti başlayır

Kanada mətbuatı xəbər verir ki, sammitin əsas mövzusu İsrail və İran arasındakı münaqişə olacaq

Kanadada G7 sammiti başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kanadada keçirilən G7 sammitinə dəvət olunan qonaqlar arasında Ukrayna Prezidenti Volodimir Zelenski də var.

    Bununla belə, Kanada mətbuatının məlumatına görə, Böyük Britaniyanın baş naziri Keir Starmer bazar günü Ottavada sammitin əsas mövzusunun İsrail və İran arasındakı münaqişə olacağını deyib. Almaniya Kansleri Fridrix Merz də belə deyib.

    "CBC"nin məlumatına görə, birgə yekun kommünike olmayacaq. Əvəzində konkret tədbirlər və təklif olunan həll yolları haqqında bir neçə qısa birgə bəyanat olacaq.

    "Associated Press"in məlumatına görə, bu, Kanadanın Baş naziri Mark Karninin ev sahibi qismində verdiyi qərardır.