XƏBƏRLƏR / İctimaiyyət

Kəlbəcərdə ailə üzvləri qəzaya düşüb

{lənlər və xəsarət alanlar var

Kəlbəcərdə ailə üzvləri qəzaya düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər rayonunun İstibulaq kəndində yol-nəqliyyat hadisəsi olub.

     "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Lazımov Məqsəd Həbib oğlu (1955-ci il təvəllüdlü) və həyat yoldaşı Hüseynova Qənirə Ağalar qızı (1958) aldıqları xəsarətlərdən dünyasını dəyişib.

    Qəza zamanı həmçinin onların kürəkənləri - Rəsulov Elşad Kazım oğlu (1980), Yusifov Vüsal Fazil oğlu (1979), qızları - Rəsulova Ruhanə Məqsəd qızı (1984), Yusifova Xəyalə Məqsəd qızı (1982) və sürücü Qocayev Elnur Novruz oğlu (1988) xəsarət alıblar.

    Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.