Şahramanyan separatçıların yeni başçısı "seçildi"
Səsvermədə iştirak edən 23 nəfərdən 22-si Şahramanyanın xeyrinə səs verib
Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları bu gün Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər.
Ermənistan KİV-ləri xəbər verir ki, “növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı seçilib.
Verilən məlumata görə, səsvermədə 23 nəfər iştirak edib. Onlardan 22-si Şahramanyanın xeyrinə səs verib.
Qondarma “parlament”in 33 “deputatdan” ibarət olduğu bildirilir.
Xatırladaq ki, separatçıların keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa verib”.