XƏBƏRLƏR / Qayıdış

Kəlbəcərdə BTİX Müşahidə Şurasının tərkibi təsdiqlənib

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb

Kəlbəcərdə BTİX Müşahidə Şurasının tərkibi təsdiqlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

    Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncamla “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqlənib:

    Müşahidə Şurasının sədri

    Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

    Müşahidə Şurasının üzvləri:

    Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

    Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

    Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.