"Khudayar Yusifzade" gəmisinin Krım körpüsünə nə dəxli var?
Bəzi KİV-lər "Palmali Shipping & Agency" şirkətinə məxsus gəminin Krım körpüsün partladılmasında güya əli olduğunu yazıb
“Khudayar Yusifzade” gəmisinin Krım körpüsünə pilotsuz uçan aparatlarla hücumda iştirakının mümkün olması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil, çünki fövqəladə hadisə zamanı gəmi Dardanel boğazında olub. Bu barədə ANS Press-ə gəminin sahibi olan "Palmali Shipping & Agency" şirkətindən məlumat verilib.
Xatırladaq ki, Rusiyanın xəbər mənbələri Krım körpüsünə pilotsuz uçan aparatlarla hücum zamanı istifadə olunan iki tankerdən birinin "Palmali"yə aid olduğunu yayıb.
Şirkətdən verilən xəbərə görə, "Palmali"nin gəmiləri Ağ dəniz və Qara dəniz bölgəsində günəbaxan yağı daşımaqla məşğuldur.