XƏBƏRLƏR / Elm və Texnologiya

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

Bunu Nobel Komitəsinin nümayəndələri bildiriblər

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ildə zülalların öyrənilməsinə görə kimya üzrə Nobel mükafatını üç alim - Devid Bayker, Demis Hassabis və Con Camper alıb.

    Xarici KİV xəbər verir ki, bu barədə Nobel Komitəsinin nümayəndələri Stokholmda keçirilən mərasimdə bildiriblər.

    Qeyd olunur ki, Devid Bayker demək olar ki, mümkün olmayanı etməyi bacarıb - tamamilə yeni zülal növləri yaradıb.