BLOQ

Kişinin evinin çəpəri və darvazası olar

Yazıdakı 1991-ci ildə Xocalının Meşəli kəndində çəkilən foto ilk dəfədir yayımlanır

Kişinin evinin çəpəri və darvazası olar
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Daha sözüm yoxdur. Paşinyan deyib ki, Azərbaycan Ordusu Böyük və Kiçik Qaladərəsinin yollarına nəzarət edir. Mən də bir zabit kimi deyirəm ki, tək yollara yox, həmin yollarla hərəkət edən bütün maşınların içərisinə nəzarət etməyin tam vaxtı çatıb.

    Şuşanın Qaladərəsi kəndi hələ Andranikin vaxtından bu günə kimi quldur, terroriçu yetişdirən və onları müvəqqəti saxlayan bəlkə də yeganə və çox təhlükəli kənddir. Jurnalist Salatın Əsgərovanı qətlə yetirənlər də bu kəndin sakinləri olub. Fizika muəllimi, Cografiya müəllimi, kənd avtobus sürücüsü, çoban, bir sözlə, birlikdə səkkiz nəfər. Təbii ki, o vaxt Laçın Polis Şöbəsinin rəisi, mərhum polkovnik Akif Səlimovun peşəkarlığı sayəsində bu cinayətkarları həbs edə bildik.

    Bu kəndin məktəbinin zirzəmisindən iki “Kamaz” silah-sursat, döyuş ləvazimatları, partlayıcı maddələr, bir sözlə, o dövrün ən müasir zavod silahlari, eyni zamanda kustar üsulla hazırlanmış əl qumbaraları, tank əleyhinə silahlar, minalar, altı dəmir mıxlı alpinist çəkmələri. Silahların hamısı Şuşa rayon Polis şöbəsində qeyydiyyata götürüldü. Bu silahların hamısının şəkilləri mərhum İsmət Qayıbovun və Azad Şərifovun “Armyanskiy Terrorizm” jurnalında çap olundu.

    Ermənilər avtomat silahlarının əksəriyyətinin taxta qundağını yandıraraq faşist xaçı çəkmişdilər. Bir müddətdən sonra Bakı birinci şəxs və DİN səviyyəsində çox təkidlə həmin silahların Bakıya gətirilməsini təkid edirdi. Səbəb.....silahlar Moskvaya sərgiyə aparılacaq, aparılacaq ki, Qorbacov görsün ki, Azərbaycanda mülki şəxslərdən silah yığılır. O vaxt onun belə bir sərəncamı var idi. Rəhbərliyimiz razılaşa bilmirdi, çünki bizim özümüzə silah lazım idi.

    Vəziyyət günü-gündən çətinləşirdi.

    Silahları “Kamaz” maşınları ilə Bakıya Şuşa rayonunun keçmiş polis rəisi, ehtiyatda olan polkovnik Orduxan Kərimov catdırdı.

    Üstündən bir neçə ay keçmişdi. Ermənilər Xocalının Meşələr kəndini işğal etdilər. Biz kəndə çatanda kəndin qonşuluğunda olan, ermənilərin Ballıca kəndinin silahlı sakinləri evlərdə qarətlə məşğul olurdular. Yeddi nəfər silahlını öldürdük. Erməni meyidinə yaxınlaşanda gözum faşist xaçı çəkilmiş həmin avtomata sataşdı.

    Silahları şöbəyə gətirdik və üç ay əvvəl qeydiyyata aldığımız siyahınını açdıq… Seriyası, nömrəsi eyni idi. Moskva “sərgi”yə göndərilimiş həmin silahları yenidən Ermənistana, oradan da yenidən Qarabağa göndərmişdi; baxmayaraq ki, Laçın-Şuşa-Xankəndi yolu 1990-cı illərdən Laçın alayı, Laçın polisi tərəfindən bağlı idi. KİŞİNİN EVİNİN ÇƏPƏRİ və yeganə DƏMİR DARVAZASI OLAR!

    Ehtiyatda olan polkovnik Azay Kərimov