Kiyevdə komendant saatının müddəti qısaldılacaq
Bunu Kiyev meri Vitali Kliçko deyib
Kiyevdə (Ukrayna) sentyabrın 10-dan komendant saatının müddəti qısaldılır.
Ukrayna mediası xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko Kiyev Müdafiə Şurasının qərarının nəticələrinə əsasən bəyan edib.
O qeyd edib ki, komendant saatı səhər saat 1:00-dan 5:00-dək qüvvədə olacaq (hazırda 00:00-dan 05:00-dək - ANS Press). Beləliklə, komendant saatının müddəti 60 dəqiqə qısaldılacaq.
Onun sözlərinə görə, bu qərar hökumətin qərarına və paytaxtda təhlükəsizlik vəziyyətinin pisləşməsi şəraitində şəhər təsərrüfatının fəaliyyətinə aid bir sıra şəhər təşəbbüslərinə uyğun olaraq qəbul edilib.
Bununla əlaqədar paytaxtda ictimai nəqliyyatın iş qrafiki bir saat uzadılacaq.
Bununla yanaşı, ictimai iaşə müəssisələrinin, əyləncə müəssisələrinin və ticarət-əyləncə mərkəzlərinin iş qrafiki dəyişməyəcək.
1 dəqiqə