Kobaxidze: Azərbaycanla vacib razılaşmalar əldə etdik
Çoxsaylı razılaşmalar siyahısına qazın həcmi və qiyməti də daxildir
Azərbaycanla çox dostcasına danışıqlar apararaq, iqtisadi təhlükəsizliyimizlə birbaşa əlaqəli olan ən vacib razılaşmalara nail olduq. Qazın həcmi, qiyməti də daxil olmaqla əldə etdiyimiz çoxsaylı razılaşmalar məhz dostluq münasibətlərimizin nəticəsidir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Açıq efir” proqramında deyib.
Onun sözlərinə görə, dostluq və ləyaqətli münasibət olmadan bu cür razılaşmalar əldə edilmir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstana 192,937 milyon dollar dəyərində 1,806 milyard kubmetr təbii qaz (qaz şəklində) ixrac edib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana ixrac edilən təbii qazın dəyəri 7,951 milyon dollar və ya 4,3%, həcmi isə 78,870 milyon kubmetr və ya 4,6% artıb.
1 dəqiqədən az