XƏBƏRLƏR / Qonşular

Kobaxidze Batumidəki matç zamanı iğtişaşlardan danışıb

"Təəssüfdoğurucu və acınacaqlı..."

Kobaxidze Batumidəki matç zamanı iğtişaşlardan danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə keçirilən Avropa Liqası matçındakı iğtişaşları "son dərəcə təəssüf doğurucu və acınacaqlı" adlandırıb.

    O bildirib ki, Gürcüstan tərəfi Türkiyə ilə münasibətləri qorumaq üçün matçı azarkeşlərlə keçirməyə razılıq verərək riskə gedib.

    Kobaxidze qeyd edib ki, azarkeşlərin əksəriyyəti özlərini layiqincə aparıblar, lakin bir neçə yüz nəfər təxribat törədib.