XƏBƏRLƏR / WUF13

Kobaxidze WUF13-də iştirak etmək üçün Azərbaycana səfər edib

Bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib

Kobaxidze WUF13-də iştirak etmək üçün Azərbaycana səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfərə yollanıb.

    Bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

    Kobaxidze tədbirdə çıxış edəcək.

    Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.

    Baş naziri səfərdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, daxili işlər naziri Sulxan Tamazaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edir.