Köçəryan "soyqırım"qurbanlarının 1,5 mln olmasına şübhə edib
Hakim fraksiyadan olan deputat "qurbanların" adbaad siyahısının tərtib etməyin zəruriliyini vurğulayıb
Hökümətyönlü deputat Andranik Köçəryan qondarma "soyqırım" qurbanlarının real sayının ümumi qəbul edilmiş 1,5 milyonluq rəqəmdən çox və ya az ola biləcəyini istisna etməyib.
Ermənistan parlamentinin hakim fraksiyadan olan deputatı Andranik Köçəryan keçirdiyi brifinqdə bildirib ki, Osmanlı İmperiyasında "erməni soyqırımı" qurbanlarının hamısının adlarını dəqiqləşdirmək və qeyd etmək lazımdır.
Köçəryan qeyd edib ki, yəhudilər buna nail olub, Ermənistan da bunu edə bilər. Bu təşəbbüs Türkiyə ilə münasibətlərin qurulması üçün də önəmlidir və bundan xəcalət çəkməyə, ya çəkinməyə ehtiyac yoxdur.
Müxalifətdə olan milliyətçılər bu təklifi "soqırım qurbanlarının" xatirəsinə təhqir olduğunu bildiriblər və hər hansı siyahı tərtib edilməsinin qəti əlehinə çıxış ediblər.