Kolluqda qızaran moruq...
Mərhum dostum Anar Məmmədxanov barədə... VİDEO
Allah sənə rəhmət eləsin, dostum!
Sənsiz və digər dost-qardaşlarsız maraqlı deyil bu həyat.
Nə deyim? Vladimir Nabokovdan yaxşı demək də istəmirəm... Odur ki, Nabokovun "Dostun xatirəsinə" şeirini tərcümə etdim Azərbaycan dilinə.
Sənsiz və digər dost-qardaşlarsız maraqlı deyil bu həyat.
Nə deyim? Vladimir Nabokovdan yaxşı demək də istəmirəm... Odur ki, Nabokovun "Dostun xatirəsinə" şeirini tərcümə etdim Azərbaycan dilinə.
Əziz və doğmalarına, həyat yoldaşın İradəyə və balalarına təsəlli olar bəlkə...
Minlərlə alov nöqtəsi tək
Moruq qızarır kolluqda.
Birgə oynayırdıq, o, bir il
Məndən böyükdür yaşda.
Oyunla dünya tanıyırdıq
Oyunla dünya tanıyırdıq
Rəngli və hərbi dərslikdən,
Həyatla birgə zövq alırdıq
Nəhəng, ətirli gənclikdən.
Böyüdük… Həyat dəyişdikcə
Böyüdük… Həyat dəyişdikcə
Döyüş gördük, qəm və coşğu.
Bir gün eşitdim “Dəyişdikcə
ölübdür sənin şən dostun...”.
Hər şey əziyyətlə olsa da,
Hər şey əziyyətlə olsa da,
Yaşardı o, oynaq və şux.
Unutma: qan damcılarla
Kolda qızarırdı moruq.
Bir az da kövrəldim - onda Anarın sevdiyi Anna Axmatovanın da eyniadlı şeirini Azərbaycan dilinə tərcümə etdim:
İncə dumanlı Qələbə Günü,
Sübh şəfəq kimi qızaranda.
Dul qadın, kimsəsiz məzarın önü,
Gecikən baharla qarşı duranda.
Ayağa qalxmağa tələsmir xanım,
Qönçəyə nəfəs verir, ot sığallayır,
Çiynində kəpənək, düş yerə, canım,
İlk zəncirotunu incə darayır.
Elə bil bir az buraxdı bu kədər...
Anarın əziz və doğmalarına, həyat yoldaşı İradəyə və balalarına təsəlli olar bəlkə...
Anarla ilk müsahibəmi Sizə təqdim edirəm. Hamımız çox gənc idik... Yalnız xeyir əməllərə inanırdıq...