XƏBƏRLƏR / Fəlakət

Kriştiano Ronaldo Marakeş sakinlərinə yardım edib

Zəlzələ nəticəsində evlərini itirən mərakeşliləri Ronaldoya məxsus otel pulsuz qəbul edib

Kriştiano Ronaldo Marakeş sakinlərinə yardım edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məşhur futbolçu Kriştiano Ronaldo dəhşətli zəlzələ nəticəsində evlərini itirən mərakeşlilərə yardım edib.

    Marakeşdə Ronaldoya məxsus otel zəlzələdən zərərçəkənləri pulsuz qəbul edib. Oteldə fitness mərkəzi, restoran və açıq hovuz var.

    “Mərakeşdə zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu çox çətin zamanda ölkədəki hər kəsə sevgi və dualar göndərirəm”, - Ronaldo sosial şəbəkələrdə yazıb.

    Zəlzələ ölkədə son 120 ildə ən dağıdıcı zəlzələ olub. YUNESKO-nun Ümumdünya İrsi Saytı kimi tanınan Mərakeş şəhərinin tarixi hissəsi qismən dağıdıb.