Laçın şəhərindən Zabuxa avtobus xətti açılacaq
Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi bildirir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.
Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi mətbuat xidmətinin başçısı Tural Orucov bildirib ki, müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir:
"İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir".
T.Orucov yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi müntəzəm avtobus marşrutu üzrə sərnişindaşıma xidmətinin təşkil ediləcəyini bildirib: "Eyni zamanda Laçın şəhəri-Zabux kəndi müntəzəm avtobus marşrutu üzrə müsabiqə keçirilib. Yaxın vaxtlarda marşrut üzrə sərnişindaşıma xidməti təşkil ediləcək. Laçın şəhərini Qarıkaha və Zerti kəndləri ilə birləşdirəcək rayondaxili müntəzəm avtobus marşrutları isə müsabiqəyə təqdim olunub. İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır".