BLOQ

Laçın sərhəd-keçid məntəqəsində vəziyyət nə yerdədir?

Ermənilər yollarının bağlı olduğu barədə hay-küy salsalar da, elə öz mənbələri bunu təkzib edir

Laçın sərhəd-keçid məntəqəsində vəziyyət nə yerdədir?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Ermənilər quzu balası kimi Laçın sərhəd-keçid məntəqəsinə yaxınlaşıb sənədlərini Azərbaycan sərhədçilərinə təqdim edirlər. Düzdür, rəsmi video yaxud xəbər olmur, lakin telegram kanallar gün ərzində Laçın SKM-dən bir neçə video paylaşırlar. 

    Videolardan görürük ki, qadın sərhədçilərimizin də fəaliyyət göstərdiyi məntəqənin qarşısı erməni mənşəli uşaqlar, qadınlar, kişilərlə dolu olur. Bir neçə gün əvvəl isə məntəqənin qarşısı kişi xeylaqları ilə dolu idi. 

    Sənədləri düz olan ermənilər adam balası kimi başını aşağı salıb gedirlər (Guya başını qaldırıb neyləyəcək?).

    Ermənilər tumanlarını başlarına çəkiblər ki, "6 aya yaxındır yollar bağlıdır", güya blokadadırlar. 

    Amma elə özləri-özlərini təkzib edir.

    Azərbaycana qarşı qatı mövqeyi ilə seçilən "Hraparak" nəşri yazır:

    "Həkəri sərhəd-keçid məntəqəsi ilə bağlı ziddiyyətli məlumatlar alırıq. Rəsmi Bakı iddia edir ki, Artsax vətəndaşları bu keçid məntəqəsindən sərbəst keçir. İnternetdə çoxlu videolar yayılır və Artsax hakimiyyəti insanların sərbəst hərəkət hüququnun pozulduğunu söyləyərək bunu inkar edir. "Hətta insanların sülhməramlılar və Qırmızı Xaç təşkilatının müşayiəti ilə hərəkət etməsi artıq onu göstərir ki, sərbəst hərəkət hüququ əngəllənir", - deyə oyuncaq "hüquq müdafiəçisi" Geqam Stepanyan bu gün bildirib. Onun sözlərinə görə, “qondarma keçid məntəqəsi Artsax xalqı üçün qəbuledilməzdir”.
    Daha sonra "Hraparak" yazır: "Hansı rəsmi həqiqətin yalan olduğunu anlamaq üçün Artsax sakinləri ilə danışmaq qərarına gəldik. Həmsöhbətlərimiz iddia edirdilər ki, Həkəri keçid məntəqəsi açıqdır, azərbaycanlılar oradan istənilən hər kəsə icazə verirlər, lakin Artsax hakimiyyəti Artsaxın erməniləşdirilməməsi üçün yolu bağlayıb."

    Bizimki  (keçid məntəqəsi - ANS Press) bağlı idi. Rus onu qapalı saxlayır. Sülhməramlı qüvvələr (yolu bağlayıb - ANS Press), türklər deyil, bizimkilər. Onlar heç birimizi buraxmırlar, təbii ki, rəhbərlərimizin göstərişi ilə. Adam da var, pul qazanır. 100 min (260 dollar - ANS Press) verirlər, keçirlər. Amma keçid məntəqəsinə yaxınlaşmağa icazə versələr, türklər bizi buraxacaq. Onlar ancaq yoldan keçənlərin şəklini çəkirlər, bilmirsən niyə, amma heç kimin keçməsinə mane olmurlar”, - deyən həmsöhbətimiz adının yazılmamasını 100 dəfə xahiş edib".

    Hər şey gün kimi aydındır. Bizlik heç nə yoxdur. Laçın postuna qədər ermənilərdir, bir də rus sülhməramlıları...