XƏBƏRLƏR / Qayıdış

Laçın şəhərinə köçürülmüş əhalinin sayı 3 mindən çoxdur

Bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib

Laçın şəhərinə köçürülmüş əhalinin sayı 3 mindən çoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçında bərpa işləri davam edir. Laçın şəhərinin birinci mərhələ bərpası başa çatıb. Bununla yanaşı, Laçın yaxınlığında olan Zabux, Bəylik və Sus kəndlərində yaşayış evləri inşa edilib, ora sakinlər köçürülüb. Laçına köçürülmüş əhalinin sayı 3 min 600-ə yaxındır. Bu proses davam edir.

    Bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

    "Sosial obyektlər, məktəb və uşaq bağçaları tikilir. Bu ilin sentyabrından etibarən yeni yaşayış kompleksinin inşasına başlamağı planlaşdırırıq. Layihə son mərhələdədir. Həmçinin 2027-ci ildə Şəlvə kəndində yaşayış evlərinin tikilməsi nəzərdə tutulur", - deyə M.Məmmədov deyib.