Laçın-Xankəndi yolundan daha 10 avtomobil keçdi
Bu gün Laçın yolundakı aksiyanın 40-cı günüdür
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 40-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobilləri aksiya ərazisindən maneəsiz keçirlər. Bu dəqiqələrdə sülhməramlılara məxsus 10 avtomobilinin Xankəndidən Laçına sərbəst hərəkəti təmin edilib. Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.