
Londonda qadağan olunmuş Fələstin tərəfdarı olan “Palestine Action” qruplaşmasına dəstək aksiyasında 474 nəfər saxlanılıb.
Bu barədə BBC xəbər verib
İyul ayında Britaniya hakimiyyəti “Palestine Action”ı terror təşkilatları siyahısına əlavə edib.
Hərəkata üzvlük və ya onun dəstəklənməsi 14 ilə qədər həbs cəzası ilə cəzalandırılan cinayət əməlinə çevrilib.
Londonda keçirilən aksiya polisin və məhkəmə sisteminin qadağaların pozulmasına effektiv şəkildə qarşı durmaq qabiliyyətini aşmaq cəhdi ilə “Palestine Action”ın fəaliyyətinə dəstək üçün kütləvi toplantı kimi nəzərdə tutulub.