XƏBƏRLƏR / İctimaiyyət

Londondakı kütləvi etirazlar zamanı 25 nəfər saxlanılıb

Bu barədə yerli mətbuat məlumat yayıb

Londondakı kütləvi etirazlar zamanı 25 nəfər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Londonun mərkəzində dünənki kütləvi etirazlar zamanı 25 nəfər saxlanılıb.

    Yerli mətbuatın məlumatına görə, qarşıdurma zamanı 26 polis əməkdaşı yaralanıb, onlardan 4-ü ağır yaralanıb. Qeyd edilir ki, “Krallığı birləşdirin” və “İrqçiliyə qarşı mübarizə” adlı iki etiraz aksiyasında 110-150 min nəfər iştirak edib.

    Həmçinin bildirilir ki, videobağlantı vasitəsilə yürüşə qoşulan milyarder İlon Mask Britaniyada parlamentin buraxılması və hökumətin dəyişdirilməsinə çağırıb.