Maaşlar və təqaüdlər artdı VİDEO
Prezident İlham Əliyev sosial müavinətlər, təqaüdlər və əməkhaqlarının artırılması ilə bağlı bu gün sərəncam imzalayıb
S.Babayev AzTV-yə bildirib ki, Prezident İlham Əliyevin sosial müavinətlər, təqaüdlər və əməkhaqlarının artırılması ilə bağlı bugünkü sərəncamları 800 mindən çox insanı əhatə edəcək.
Nazir əlavə edib ki, cari il üçün nəzərdə tutulan islahat paketi isə 1 milyon 900 min insanı əhatə edir: “Bu məqsədlər üçün dövlət büdcəsindən əlavə olaraq 750 milyon manat vəsait ayrılacaq”.
Sərəncamların icrasına cari aydan başlanılacaq.