XƏBƏRLƏR / Siyasət

Maqdalena Qrono Ermənistan səfərindən razı qalıb

Aİ Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi ABŞ təmsilçiləri ilə regionda rəqabətə girib

Maqdalena Qrono Ermənistan səfərindən razı qalıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İttifaqı regionda dayanıqlı sülhün və qarşılıqlı inkişafın əldə olunması yolunda Azərbaycan və Ermənistanla əməkdaşlığı davam etdirəcək.

    Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X”də bildirib.

    “İrəvanda 18-19 noyabr tarixlərində davam edən yüksək səviyyəli intensiv və mühüm məsləhətləşmələri tamamladım. Baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilərlə Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan normallaşması, humanitar məsələlər, konnektivlik və regional əməkdaşlıqla bağlı dərin, detallı fikir mübadiləsinə görə təşəkkür edirəm. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə maraqlı müzakirələrimdən də razı qaldım. Avropa İttifaqı azərbaycanlı və ermənistanlı tərəfdaşları tam sülh və regional uğurlara gedən yolda dəstəkləyir”, - o qeyd edib.

    Qeyd edək ki, ABŞ-ın son vaxtlar bölgədə aktiv fəaliyyətini nəzərə alaraq, Avropa İttifaqı "qonşudan qalma dala" prinsipi ilə 2020-ci ildən bu yana boşa verdiyi imkanların əvəzini çıxmağa cəhd edir.

    Bölgəmizdə nüfuz yiyəsi olmaq üçün fövqəl güçlər arasında yarış və rəqabət kəskinləşir.