Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmadı
Qərar Nərimanov rayon Məhkəməsində elan edilib
Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə baxılıb.
Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Qubad İbadoğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib.
Xatırladaq ki, Qubad İbadoğlu ötən ay həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.