Mən səndən küstərəcik...
"İNSİDER-T" "Telegram" kanalı: Deyilənə görə, Putinlə Si Cipinin arası möhkəm dəyib

Mənbələr Putin və Si Cinpin arasında münasibətlərin kəskin şəkildə soyuduğunu bildirir.
İddia olunur ki, Çin lideri Rusiyanın Tramp administrasiyası ilə təmas qura bilməsi və Pekinin iştirakı olmadan Ukrayna böhranının diplomatik yolla həllinə nail olmasından çox da razı deyil. İndi Putinin sentyabr ayına planlaşdırılan Çinə böyük səfər proqramının əhəmiyyətli dərəcədə qısaldılması ehtimalı var.
"Fikir verin ki, Rusiya Prezidenti hətta Si Cinpinə zəng də vurmayıb və Trampla Alyaskada keçirilən sammitin nəticələri barədə ona məlumat verməyib. Baxmayaraq ki, Putin ABŞ-dan qayıdandan və Trampla görüşdükdən dərhal sonra bir çox dost ölkələrin liderlərinə zəng vurub. Aydındır ki, Çin indi beynəlxalq məsələlərdə Moskva üçün daha az rol oynayır. Vaşinqtonla əlaqələri gücləndirməyə daha çox ümid edilir. Belə bir şəraitdə maraqların toqquşması yaranmaya bilməzdi,” - diplomatik dairələrdəki həmsöhbətlər deyirlər.