XƏBƏRLƏR / Fəlakət

Mərakeşdə zəlzələ nəticəsində 2012 nəfər ölüb

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir

Mərakeşdə zəlzələ nəticəsində 2012 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mərakeşdə zəlzələdə ölənlərin sayı 2012 nəfərə çatıb, 2059 yaralı var.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı ehtimal edilir.

    Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.