Mərkəzi Afrikada qızıl mədəni çöküb: 100-dən çox ölü VİDEO

Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasına başsağlığı verib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kamerun və Mərkəzi Afrika Respublikasının sərhədində qızıl mədəninin çökməsi 100-ə yaxın insanın həyatına son qoyub.

    Bir sıra xarici media ölənlərin sayının 107 nəfərə çatdığını bildirir.

    Mərkəzi Afrika Respublikasının ombudsmanı Loran Nqon-Baba bildirib ki, indiki mərhələdə qurbanların sayını dəqiqləşdirmək çətindir. Hadisə yerində xilasetmə işləri davam edir.

    Mədənçilərdən birinin sözlərinə görə, dağıntılar altında mədən işçilərinin olması ehtimal edilir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib.

    Bu barədə XİN-in "X" hesabında məlumat verilib.

    "Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib.

    Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayır, hadisədən zərər çəkən hər kəsin mümkün qədər qısa müddətdə təhlükəsizliyinin təmin olunacağına ümid edirik", - deyə məlumatda bildirilib.