Mərkəzi Asiyada Formula 1-ə ən çox bilet alan qazaxlardır
Bu barədə Bakı Şəhər Halqası mətbuat xidmətindən məlumat verilib
Qazaxıstanlılar Azərbaycanda keçiriləcək Formula 1 Qran Prisi üçün bilet alışına görə Mərkəzi Asiyada liderdirlər.
Bakı Şəhər Halqası mətbuat xidmətinin məlumatına görə, 2022-ci ildən bəri onların arasında bilet satışları hər il ən azı 50% artıb.
Özbəkistanlı azarkeşlər Mərkəzi Asiya ölkələri arasında ikinci yerdədirlər.
Qeyd edək ki, Formula 1 yarışı 24-26 sentyabr tarixlərində Bakıda keçiriləcək.
1 dəqiqədən az