Meşəli qatilini 20 il və ya ömürlük həbs gözləyə bilər
Vaqif Xaçaturyan “Soyqırım” və “Əhalinin deportasiyası və ya məcburi köçürülməsi” maddələri ilə ittiham olunur
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Vaqif Xaçaturyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (“Soyqırım”) və 107-ci (“Əhalinin deportasiyası və ya məcburi köçürülməsi”) maddələri ilə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə həbs edilib. Hər iki maddə ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Beləliklə, maddələrin cəminə görə, Vaqif Xaçaturyanı 20 il həbs və ya ömürlük həbs gözləyə bilər.