XƏBƏRLƏR / Hadisə

Metronun Qırmızı və Yaşıl xətlərində ciddi ləngimə yaranıb

YENİLƏNİB

Metronun Qırmızı və Yaşıl xətlərində ciddi ləngimə yaranıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:59

    Metropolitendən bildirilib ki, Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

    ***

    12:29

    Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

    Bu barədə Metropolitendən bildirilib.

    Məlumata görə, hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur.

    İntervallar qısa müddətdə bərpa olunacaq.

    ***

    11:50

    Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

    Bu barədə Metropolitendən bildirilib.

    Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

    Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.