Mikayıl Cabbarov Estoniyanın XİN rəhbəri ilə görüşüb
İqtisadiyyat nazirimiz Marqus Tsahkna ilə Estoniya ilə ticarət əməkdaşlığının genişləndiyini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.
Görüşdə Estoniya ilə ticarət əməkdaşlığının genişləndiyi vurğulanıb. Bu ilin yanvar-sentyabr ayları arasında ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. İnvestisiya əməkdaşlığı da bu ölkə ilə iqtisadi əlaqələrin prioritet sahəsidir. Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 65-ə yaxın Estoniya şirkəti qeydiyyatdan keçib.
Enerji, o cümlədən alternativ enerji, nəqliyyat, İT, əczaçılıq və digər sahələrdə birgə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanları qeyd edilib.
Tərəflər biznes, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi imkanlarını, Estoniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştirakını, özəl sektorda rəqəmsal həllərin tətbiqi sahəsində təcrübə və bilik mübadiləsini müzakirə ediblər.
1 dəqiqə