Mikayıl Cabbarov İsraildə görüşlərini davam etdirir
Bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkəsində məlumat verib
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin enerji və infrastruktur naziri Koen ilə görüşüb.

Görüşdə enerji və su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də neft-qaz sektorunda birgə fəaliyyətin genişləndirilməsi müzakirə olunub.
İsrailə səfəri zamanı Cabbarov artıq İsrailin xarici işlər naziri Saar və İsrailin maliyyə naziri Elkin ilə görüşüb. O, həmçinin Qüdsdə keçirilən Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edib.
1 dəqiqədən az