XƏBƏRLƏR / Energetika

Mingəçevir-Navahı yüksək gərginlikli elektrik xətti çəkilir

Bu barədə "AzerEnerji" şirkəti məlumat verib

Mingəçevir-Navahı yüksək gərginlikli elektrik xətti çəkilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mingəçevir-Navahı yüksək gərginlikli elektrik ötürücü xəttinin tikintisinə başlanılıb.

    235 km uzunluğunda olan bu 500 kV-luq xətt ölkənin elektrik şəbəkəsindəki ən böyük layihələrdən biridir.

    Tikinti AZURE layihəsinin ikinci mərhələsinin bir hissəsidir. Xətt yeni bərpa olunan enerji mənbələrinin şəbəkəyə təhlükəsiz inteqrasiyasına, itkiləri azaltmaqla uzun məsafələrə enerji ötürülməsinə və enerji axınlarını çevik idarə etməyə imkan verəcək.

    "AzerEnerji" şirkətinin məlumatına görə, bu, həmçinin Azərbaycanın qərb, mərkəzi və şərq bölgələrini əhatə edən 500 kV-luq halqa şəbəkəsinin yaradılmasına imkan verəcək.