Mixail Qusman vəzifəsindən azad olunub
Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb
 
                                Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Mixail Solomonoviç Qusman “Rusiyanın İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS)” Federal Dövlət Unitar Müəssisəsinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, 1950-ci ildə Bakıdan anadan olan Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib.
2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısı olan Mixail Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.
Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın YUNESKO üzrə Komissiyasının üzvüdür.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            