Mollaların XİN müavini Azərbaycana zərbədən xəbərsizdir

Bunu Kazem Qəribabadi "AnewZ" telekanalına deyib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Azərbaycanın "AnewZ" kanalına verdiyi müsahibədə İranın Azərbaycana zərbə endirmədiyini bildirib.
    Biz qonşu ölkələri hədəf almırıq. İranın siyasəti yalnız ABŞ və sionist rejimlər də daxil olmaqla, bölgədə fəaliyyət göstərən və İran mülki əhalisinə hücum etmək üçün istifadə edilən düşmənlərin hərbi bazalarına zərbə endirməkdir.

    Biz əvvəldən bəyan etmişik: əgər bölgədə İrana hücum etmək üçün istifadə edilən hər hansı bir hərbi baza varsa, biz onları vuracağıq. Bu, bizim siyasətimizdir - Qəribabadi bildirib.

    Maraqlıdır ki, mollalar bu bədbəxti qabağa verib, özləri isə yuvalarından burunlarını çıxarmağa qorxullar. Bu zavallı hardan bilsin ki, ölkədə nə baş verir, kimin əli kimin cibindədir.

    Hardadır Pezeşkian, hardadır Əraqçı?!? Niyə xain zərbəyə görə dünyadan xəbəri olmayan 5-ci dərəcəli məmur cavab verir?

    İran yavaş-yavaş "fail-state", yəni uğursuz bir əraziyə çevrilir.