XƏBƏRLƏR / Siyasət

Moskva “3+3” görüşünün Bakı və İrəvanda olmasını istəyir

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda deyib

Moskva “3+3” görüşünün Bakı və İrəvanda olmasını istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin üçüncü görüşü hazırlanır.

    Moskva növbəti iki görüşün Bakıda və İrəvanda keçirilməsinin tərəfdarıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.