XƏBƏRLƏR / Hərbi

Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb

Zakir Həsənov Ruslan Jaksılıkov ilə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığı müzakirə edib

Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.

    Əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

    Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib.

    Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

    Sonda xatirə fotosu çəkdirilib.