Münhendə İlham Əliyev və Nikol Paşinyanın görüşü ola bilər
Bu barədə "Caliber" teleqram kanalı xəbər verir
"Caliber" teleqram kanalı öz mənbələrinə istinadən xəbər verir ki, "İlham Əliyevlə Nikol Paşinyan arasında görüş planlaşdırılır. Düzdür, bu gün yox, sabah və Münhen konfransının çərçivəsində."
Kanal görüşün ABŞ tərəfindən (ölkənin adını çəkilməsə də) təşkil olunmasına eyham vurur.