“Naborot qızışıyor”la məşhurlaşan keçmiş döyüşçü vəfat etdi
ANS ÇM-in Vətən müharibəsi zamanı bölgəyə ezam olunmuş reportyoru Vahid Mustafayev iki il əvvəl keçmiş döyüşçü ilə müsahibə etmişdi
Ermənilərin 2020-ci ildə - Vətən müharibəsi zamanı Gəncəni raket atəşinə tutduğu günlərdə “TRT Haber” telekanalına müsahibə verərkən dediyi “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri ilə ölkədə məşhurlaşan Gəncə şəhər sakini, Tariyel Şahverdiyev 60 yaşında dünyasını dəyişib. Tariyel Şahverdiyev gecə saatlarında ürək tutmasından həyatını itirib.
Məlumat üçün bildirək ki, mərhum Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. T.Şahverdiyev Bakıda Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq müharibəyə yollanıb.