XƏBƏRLƏR / Hərbi

NATO Aktau qəzasını hərtərəfli araşdırmağa çağırıb

Bu barədə NATO-nun sözçüsü Fərəh Daxlallah "X" səhifəsində yazıb

NATO Aktau qəzasını hərtərəfli araşdırmağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • NATO-nun sözçüsü Fərəh Daxlallah "X" səhifəsindəki paylaşımda Azərbaycana başsağlığı verib və qəzanın səbəblərini hərtərəfli araşdırmağa çağırıb.

    Paylaşımda deyilir: 

    "Düşüncələrimiz və dualarımız #AzerbaijanAirlines #J28243 reysinin qurbanları və ailələri ilə birlikdədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və hərtərəfli araşdırmaya çağırırıq".